Avropa Komissiyasının EU4Digital: supporting digital economy and society in the Eastern Partnership layihəsinin iclası keçirilmişdir
12.11.2020 / Xəbərlər10 Noyabr 2020-ci ildə Avropa Komissiyasının EU4Digital: supporting digital economy and society in the Eastern Partnership layihəsinin Azərbaycana həsr edilmiş e-Commerce işçi qrupunun online iclası keçirilmişdir.
İclasda layihənin koordinatoru olan Ernst & Young Baltic UAB şirkətinin nümayəndələri, e-Commerce üzrə Fransa, Litva və Avstriyadan olan ekspertlər, Nəqliyyat, Rabitə və YTN-nin, AZEXPORT.AZ portalının və özəl şirkətlərin nümayəndələri iştirak etmişlər.
İclasın əsas hissəsi 3 istiqamətdə Azərbaycanda keçirilən sorğuların nəticələrinin müzakirəsinə həsr edilmişdir:
1.Questionnaire for assessment of the ecommerce ecosystem in the eastern partner countries
2. Questionnaire for assessment of standards related to ecommerce in the eastern partner countries
3. Questionnaire for assessment of the legal framework in the eastern partner countries
Bu sorğular Azərbaycanda bu layihənin elektron Ticarət üzrə eksperti, AMEA İdarəetmə Sistemləri İnstitutunun “Xarici Əlaqələr və İnnovasiya” şöbəsinin rəhbəri, t.ü.f.d. Tofiq Babayev tərəfindən aparılmışdır.
İclasda 3 sorğunun nəticələri üzrə AB ilə Azərbaycan arasında Elektron Ticarət istiqaməti üzrə ekosistem, qanunvericilik və standartlar arasında fərqlər qeyd edilmiş və xarici ekspertlərin tövsiyələri nəzərdən keçirilmişdir.
T.Babayev sorğuların keçirilməsi ətrafında çıxış etmiş və iclas iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.
İclasın sonunda sorğunun nəticələrinin müvafiq qurumlar tərəfindən qiymətləndirmək üçün təqdim olunması barədə qərar qəbul edilmişdir.