AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının Azərbaycan xalqının tarixi Qələbəsinə həsr olunmuş iclası keçirilmişdir
13.11.2020 / Elmi şuranın iclaslarıAMEA İSİ-nin Elmi Şurasının Azərbaycan xalqının tarixi Qələbəsinə həsr olunmuş online iclası keçirilmişdir.
Tədbiri İnstitutun direktoru, akademik Telman Əliyev açaraq iştirakçıları Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun şanlı Qələbəsi münasibəti ilə təbrik etmiş və Azərbaycan ordusunun böyük zəfərindən söz açmışdır. T. Əliyev bildirmişdir ki, Respublika Prezidenti Azərbaycanın reallıqlarını dünya ictimaiyyətinə çatdıraraq, ölkəmizə tərəf yönlənən siyasi təzyiq cəhdlərinə məharətlə cavab verərək, tarixi böyük uğura imza atdı. T. Əliyev Azərbaycan xalqının dövlət başçısı ətrafında birləşərək ordumuza, ölkə başçısına dəstək olduğunu, xalqın nümayiş etdirdiyi vətənpərvərlik və səfərbərlik hisslərindən qürurlandığını söyləmişdir.
İclasda İnstitutun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış etmişdir. O, şura üzvlərini rəşadətli ordumuzun Qələbəsi münasibəti ilə təbrik etmiş və canını Vətən yolunda qurban vermiş şəhidlərə Allahdan rəhmət diləmişdir.
İclasın ikinci hissəsində Elmi Şuranın Protokolundan irəli gələn məsələlər müzakirə edilmişdir və “Qəzaların monitorinqi və proqnozlaşdırılması”, “Stoxаstik proseslərin identifikasiyası”, “Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri”, “Neft və qaz məhsullarının nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması”, “İdarəetmənin riyazi məsələləri”, “Stoxastik idarəetmə və tətbiqi statistika”, “Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı”, “Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə” laboratoriyaların ötən il ərzində yerinə yetirdikləri işlər haqqında hesabatları təqdim edilmişdir.