AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları şəhidlər xiyabanını ziyarət etmişdi
13.11.2020 / Xəbərlər13 noyabr 2020- ci il tarixində AMEA İSİ Yeni Azərbaycan Partiyası təşkilatı, Qadınlar şurası, Həmkarlar təşkilatı və Gənc Alim və Mütəxəssislər şurasının üzvləri 2-ci Şəhidlər Xiyabanına gələrək Azərbaycanının ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini ehtiramla yad etdilər və məzarlarının üzərinə çiçəklər düzdülər. Şəhidlərin ruhuna dualar oxundu.
Heyyət Şəhidlər Xiyabınını ziyarət edəndən sonra Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.
Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Şəhidlərin əziz xatirəsi hər bir Azərbaycanlının qəlbindədir və onlar heç zaman unudulmayacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.