AMEA-nın Müxbir üzvü, Professor Qorxmaz İmanov İspaniya Kral İqtisadiyyat və Maliyyə Elmləri Akademiyasının təşkil etdiyi beynəlxalq konfransda iştirak etmişdir
21.11.2020 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın Müxbir üzvü, İspaniya Kral İqtisadiyyat və Maliyyə Elmləri Akademiyasının üzvü, i.e.d., professor Qorxmaz İmanov 19 və 20 Noyabr 2020-ci il tarixlərində İspaniya Kral İqtisadiyyat və Maliyyə Elmləri Akademiyasının təşkil etdiyi "Yaşlılıq: bilik, təcrübə və təcrübə" mövzusunda XV-ci Beynəlxalq Konfransda iştirak etmişdir. İlk dəfədir ki, konfrans pandemiya dövrünə təsədüf edərək online şəkildə keçirilmişdir.
19 noyabr 2020-ci il tarixində konfrans öz işinə başlamış və müxtəlif millətlərdən olan görkəmli alimlər öz tədqiqatlarını təqdim etmişdir. Q.İmanov 20 noyabr 2020-ci il tarixində konfransın 4-cü sesiyasının moderatoru olmuş və “Ölkə inkişafının keyfiyyətli qiymətləndirilməsi” adlı məqalə ilə çıxış etmişdir. Məqalədə iqtisadi göstəricilərdən (adam başına düşən Ümumi Daxili Məhsul, yaşayış səviyyəsi, dayanıqlı inkişaf, əhatəli inkişaf və s.) istifadə edərək ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini müəyyən edə bilən müxtəlif indekslər təklif olunur. Bu alqoritm ölkə inkişafının yalnız kəmiyyət deyil, həm də keyfiyyət səviyyəsini müəyyənləşdirməyə imkan verir. Təklif edilən metodologiyada Sosial-iqtisadi inkişaf səviyyəsi indeksinin hesablanması 2015-2018-ci illər üçün Azərbaycanın statistik məlumatları əsasında həyata keçirilmişdir.
Məqaləni oxumaq üçün qeyd edilən linkə keçid edin:
https://racef.es/archivos/actividad_cientifica/dr._imanov_racef_2020_azerbaiyan.pdf