Horizon-2020 Proqramının “Green Deal” Çağırışları üzrə vebinarı keçirildi
05.01.2021 / Xəbərlər"Dekabr ayının 30-da AMEA Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Horizon-2020 Proqramının “Green Deal” Çağırışları və Avropa Komissiyasının digər tədqiqat proqramları (COST Action, Marie Skłodowska-Curie) üzrə mövcud olan imkanlar barədə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutları üçün vebinar təşkil olundu. Vebinarda İnstitutların Təhsil, İctimaiyyətlə Əlaqələr, Xarici Əlaqələr üzrə məhsul şəxsləri iştirak etmişdir.
Onlayn Keçirilən vebinarda Avropa İttifaqının HORİZON-2020 Elmi-Tədqiqat və İnnovasiya proqramının müxtəlif istiqamətlər üzrə Milli Əlaqələndirici Şəxsləri dinləyicilərə Azərbaycan alimlərinin HORİZON-2020 proqramında iştirak etmək imkanları, qeydiyyat qaydaları və yeni çağırışlar ( Tenderlər ) barədə məlumat verdilər.
HORİZON-2020 proqramının Hüquqi və Maliyyə aspektləri üzrə Milli Əlaqələndirici Şəxs, İdarəetmə Sistemləri İnstitutunun “Xarici Əlaqələr və İnnovasiyalar” şöbəsinin müdiri T.Babayev “Green Deal” Çağırışlarına daxil olan 4 mövzu üzrə təqdimatla cıxış etmişdir. O cümlədən, T.Babayev enerji və resurslardan səmərəli istifadə edən binalar, davamlı və ağıllı mobillik və Avropa “Green Deal” siyasətində vətəndaşların geniş iştirakına yönəlmiş 2 istiqamət üzrə məlumat vermişdir. Vebinar əsnasında Azərbaycan alımlərinin Avropa Birliyinin Çərçivə proqramlarında iştirakı imkanları barədə suallar cavablandırılmışdır.