İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim Və Mütəxəssislər Şurasının 2020-ci il üzrə hesabatı dinlənilib
05.01.2021 / XəbərlərAMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) elmi bölmələrinin 2020-ci ilin yekunlarına həsr olunan son onlayn hesabat iclasında Fizika-Riyaziyyat və Texnika, İctimai, Kimya, Yer Elmləri bölmələrinin Gənc Alim və Mütəxəssislər şuralarının hesabatları dinlənilib.
İdarəetmə Sistemləri İnstitutunun GAMŞ-nın sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məstəliyev Rəşad Oqtay oğlu təqdim etdiyi hesabatda şuranın 37 üzvü olduğunu qeyd etmişdir. Hesabat ili ərzində GAMŞ-nın 02 fevral Gənclər Gününə həsr olunmuş, 08 may 2020-ci il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş, 16 oktyabr 2020-ci il tarixində isə “Düşmənə qarşı informasiya savaşı” şüarı altında iclasları keçirilmişdir.
İnstitutun dissertantı - ictimai əsaslarla elmi işçi Həşimov Vüqar Adəm oğlu və kiçik elmi işçi Məmmədli Nigar Oqtay qızı 2020-ci il üzrə “Gənclər üçün Prezident Mükafatı” müsabiqəsində iştirak etmək üçün təqdim edilmişdirlər.
İnstitutun gənc alim və mütəxəssisləri tərəfindən 2020-ci ildə 53, onlardan xaricdə - 23, o cümlədən, WoS – 3; SJR – 3, digər xarici jurnallarda – 7; xaricdə keçirilən konfrans materiallarında – 10, Respublikada – 40, o cümlədən, jurnallarda - 12, konfrans materiallarında – 28 elmi əsər dərc olunmuşdur.