V Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi Konfransı keçiriləcək
09 March 2021Təbii Fəlakətləri İdarə etmə Təşəbbüsləri və Uyğunlaşdırma Cəmiyyəti (Disaster Management Initiatives and Convergence Society) tədqiqatçıları 24-27 noyabr 2021-ci ildə Hindistanda keçiriləcək 5-ci Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi konfransına dəvət edir.
Ümumdünya Təbii Fəlakətlərin İdarə Edilməsi Konfransı (WCDM) dünyadakı tədqiqatçıları, siyasətçiləri və təcrübəçiləri təbii fəlakət riskinin idarə edilməsi məsələlərini müzakirə etmək məqsədilə eyni platformada toplayan platformadır. Konfransın missiyası riskləri müəyyən etmək, onların azaldılması və fəlakətlərə qarşı dayanıqlılığın artırılması istiqamətində tədbirlərin görülməsi üçün elm, siyasət və təcrübələrin qarşılıqlı fəaliyyətini təşviq etməkdir. Tədbir BMT sistemi xaricində fəlakət idarəçiliyi mövzusunda ən böyük qlobal konfransdır.
Xülasələrin göndərilməsi üçün son tarix: 31 mart 2021
Qəbul edilmiş xülasələrin elanı: 30 aprel 2021
Tam mətnlərin göndərilməsi üçün son tarix: 31 avqust 2021
mənbə: unec.edu.az
-
03.05.2024
Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council -
30.04.2024
Scientific seminar will be held at the Institute of Control Systems -
23.04.2024
2nd International Conference on Information Technologies and their Applications to be held -
22.04.2024
Examinations on specialty subjects for PhD degree and academic qualification examinations will be held at ICS in May 2024