Joint Excellence in Science and Humanities (JESH) mobillik proqramı
04 April 2021Hörmətli Həmkarlar,
Avstriya Elmlər Akademiyası bütün sahələr üzrə müxtəlif ölkələrdən (Azərbaycan daxil olmaqla) perspektivli gənc tədqiqatçılara dəstək göstərmək məqsədilə Joint Excellence in Science and Humanities (JESH) mobillik proqramını təklif edir. Proqram PhD dərəcəsini 10 ildən yuxarı olmayan müddətdə alan gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Təqaüd 1-6 ay müddətində olan tədqiqatları maliyyələşdirir.
Müraciət üçün son tarix: 20 may 2021-ci il.
Ətraflı məlumat və müraciət üçün: https://stipendien.oeaw.ac.at/stipendien/jesh/
Namizədlərin siyahısı və haqqında məlumatın AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə (Lalə Bədəlova – [email protected]; tel.: 4925493) göndərilməsini xahiş edirik.
Şöbə və laboratoriya müdirlərini İdarəetmə Sistemləri İnstitutunun alimlərinin Joint Excellence in Science and Humanities (JESH) mobillik proqramında iştirakına dəstək göstərməsini xahiş edirik.
Əlavə məlumat almaq üçün "Xarici əlaqələr və innovasiya" şöbəsinə müraciət etməniz tövsiyə olunur.
"Xarici əlaqələr və Innovasiya" şöbəsi.
İdarəetmə Sistemləri İnstitutu.
-
15.05.2024
3rd International Conference on Problems of Logistics, Management and Operation in the East-West Transport Corridor (PLMO 2024) will be held -
23.04.2024
2nd International Conference on Information Technologies and their Applications to be held -
29.03.2024
A meeting of ED 1.20 Dissertation Council will be held -
18.03.2024
Regular meeting of the Science Council will be held