2020/2021-ci tədris ilində AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!
03 July 2020COVID-19 pandemiyası ilə əlaqədar olaraq 2020/2021-ci tədris ili üzrə magistraturaya sənədlərin qəbulu onlayn qaydada həyata keçiriləcək.
Magistraturaya qəbul olan bakalavrlar qeydiyyat üçün aşağıda göstərilən sənədləri skan edilmiş formada iyul ayının 6-dan 15-dək (qəbul-2020/2021 başlığı ilə) [email protected] ünvanına göndərməlidirlər.
Sənədlərin siyahısı:
- Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı;
- Telefon nömrəsi (özünün və valideynlərindən birinin);
- Şəxsiyyət vəsiqəsi;
- Bakalavr təhsilini başa vurduğunu təsdiqləyən diplom və ya arayış;
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə;
- 3x4 ölçüdə rəngli fotoşəkil;
- Tərcümeyi-hal (Aydın və səliqəli yazılmalı, əlyazma şəklində olmalıdır. Özü barədə ətraflı məlumat verib, ailə üzvlərini bir-bir sadalamaqla təvəllüd, doğulduğu şəhər, hazırda işlədikləri yer və tutduqları vəzifələri göstərməli, tarix və imza qoymalıdır).
Bakalavrlarla telefon əlaqəsi qurulduqdan sonra onlar qeydiyyata alınacaq. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.
mənbə: www.science.az
-
03.05.2024
Defense of a dissertation will be held at the meeting of ED 1.20 Dissertation Council -
30.04.2024
Scientific seminar will be held at the Institute of Control Systems -
22.04.2024
Examinations on specialty subjects for PhD degree and academic qualification examinations will be held at ICS in May 2024 -
19.04.2024
ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək