İkili diplom proqramı üzrə sənəd qəbulu davam edir
18.02.2021 / Conferences, assembliesABŞ-ın Corc Vaşinqton Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında magistratura səviyyəsi üzrə birgə təşkil edilən ikili diplom proqramı çərçivəsində təhsil ixtisası üzrə 2021-2022-ci tədris ili üçün sənəd qəbulu davam edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ikili diplom proqramının müddəti 2 ildir və bu müddət tam olaraq Azərbaycanda keçirilir. Proqramı uğurla başa vuran tələbələr hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.
Proqrama aprelin 20-dək müraciət etmək olar.
mənbə: azertag.az