İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri beynəlxalq konfransın proqram komitəsinə üzv təyin olunmuşdur
07.04.2021 / Conferences, assembliesAMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, r.e.d., professor Kamil Mənsimov İrkutsk Dövlət Universitetinin Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə 13-17 sentyabr tarixlərində İrkutskda keçiriləcək 3-cü beynəlxalq “Dinamik sistemlər və kompüter elmləri: nəzəriyyə və tətbiqlər” DYSC-21 beynəlxalq elmi konfransının proqram komitəsinə üzv təyin olunmuşdur.
http://math.isu.ru/ru/conference/2021/index.html