“Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
08 İyul 2021Hörmətli həmkarlar!
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda beynəlxalq elmi-praktiki konfrans (onlayn) keçiriləcəkdir. Konfransın əsas məqsədi Azərbaycanın uzun illər işğal altında qalmış ərazilərinin mövcud vəziyyətini, “Böyük qayıdış”ın sosial, iqtisadi, demoqrafik və infrastruktur məsələlərini, habelə layiqli insan həyatının təmin olunmasını elmi əsaslarla beynəlxalq səviyyədə müzakirə etməkdən ibarətdir.
Sizi böyük məmnuniyyətlə 8 iyul 2021-ci il tarixində keçiriləcək “Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli” mövzusunda beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.
Konfrans haqqında ətraflı məlumatı https://unec.edu.az saytının “Elanlar” bölməsindən əldə edə bilərsiniz.
Əlavə suallarınız yaranarsa, [email protected] elektron poçtu vasitəsilə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Günay Rəhimli ilə əlaqə saxlaya bilərsiniz.
Öncədən təşəkkürümüzü bildiririk.
QEYD: Konfransla bağlı sənədlər qoşmaya əlavə olunub.
Hörmətlə,
Konfransın təşkilat komitəsi
-
03.05.2024
ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək -
30.04.2024
İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək -
23.04.2024
İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 2-ci beynəlxalq konfrans (ITTA 2024) keçiriləcək -
22.04.2024
İdarəetmə Sistemləri İnstitutunda 2024-cü ilin may ayında ixtisas fənləri üzrə fəlsəfə doktoru imtahanları və fərq imtahanları keçiriləcək