Dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir
13.04.2021 / Dissertasiya şurasının iclasları13 aprel 2021 tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun genişlənmiş iclası keçirilmişdir. İclasda Həşimov Vüqar Adəm oğlunun riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 1203.01 – «Kompüter elmləri» ixtisası üzrə yerinə yetirdiyi «Əks əlaqəli idarəetmə sistemlərində idarə və nəzarət nöqtələrinin yerlərinin optimallaşdirma məsələlərinin ədədi həlli» mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi baş tutmuşdur. Dissertasiya işi növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, ilkin müzakirə iclası xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Tələblər»ə uyğun olaraq keçirilmişdir.