İdarəetmə Sistemləri İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub
16.04.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Mürəkkəb dinamik sistemlərdə idarəetmə” laboratoriyasının rəhbəri, prof. Kamil Mənsimov və həmin laboratoriyanın aparıcı elmi işçisi, dosent Rəşad Məstəliyevin həmmüəllif olduğu “Paylanmış parametrli stoxastik sistemlər üçün birinci və ikinci tərtib optimallıq şərtləri” (First and second order necessary optimality conditions for stochastic distributed systems) adlı məqalə nüfuzlu “Journal of Physics: Conference Series, 1847(2021)012020)” (https://iopscience.iop.org/issue/1742-6596/1847/1) elmi jurnalında dərc olunub.
Qeyd edək ki, məqalə İrkutsk Dövlət Universitetinin və Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə 19-22 oktyabr tarixlərində İrkutskda keçirilmiş 2-ci beynəlxalq (Dinamik sistemlər və kompüter elmləri: nəzəriyyə və tətbiqlər) (“Динамические системы и компьютерные науки: теория и приложения ” DYSC-2020) konfransının genişlənmiş materialı əsasında hazırlanmışdır.
Məqalədə Qursa-Darbu sistemli bir stoxastik optimal idarəetmə məsələsi tədqiq olunmuş və idarəetmə oblastının açıq olması şərti daxilində optimallıq üçün birinci və ikinci tərtib zəruri şərtlər alınmışdır.