İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru Əminağa Sadıqov elmi seminarda iştirak etdi
19.04.2021 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov AMEA İqtsadiyyat İnstitutunun 19 aprel 2021-ci il tarixində keçirilmiş onlayn elmi seminarında iştirak etmişdir. Seminarda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov “İnnovasiya ekosisteminə ASAN-dəstək” adlı məruzə ilə çıxış etmişdir.
100-dən artıq alim və mütəxəssisin, dövlət orqanları və şirkət nümayəndələrinin iştirak etdiyi seminarda ölkəmizdə innovasiya fəaliyyətinin inkişafının müxtəlif aspektləri geniş müzakirə olunmuşdur. Seminara sədrlik edən AMEA İqtsadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov bu istiqamətdə AMEA İdarəetmə Sistemləri İnstitutunun potensialından da istifadə edilməsinin zəruriliyini vurğulamışdır.