Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
08.06.2021 / Dissertasiya şurasının iclasları8 iyun 2021-ci il tarixində saat 12:00-da AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) iddiaçı Həşimov Vüqar Adəm oğlu tərəfindən 1203.01 “Kompüter elmləri” ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən «Əks əlaqəli idarəetmə sistemlərində idarə və nəzarət nöqtələrinin yerlərinin optimallaşdirma məsələlərinin ədədi həlli» mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.
Dissertasiya işi müdafiə şurasının qərarı ilə növbəti mərhələyə təqdim olunmaq üçün tövsiyə edilmişdir.
Qeyd edək ki, müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında AMEA İSİ-də keçirildi.