İlin ilk Günəş tutulması hadisəsi başlayıb
10.06.2021 / Xəbərlər2021-ci ilin ilk Günəş tutulması başlayıb.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, tutulma hadisəsi saat 12:12:15-də başlayıb və 17:11:16-da sona çatacaq. Ümumilikdə 4 saat 59 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 14:43:06-da olacaq.
Sözügedən Günəş tutulmasının halqavari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali və Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq.
Qeyd edək ki, bu təbiət hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.