Dissertasiya şurasının elmi seminarının iclası keçirilmişdir
04.01.2019 / Dissertasiya şurasının iclasları04 yanvar 2019-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D 01.121 Dissertasiya Şurasının Elmi seminarı keçirilmişdir. Seminarda t.e.d., professor R.R. Rzayevin rəhbərli ilə Əliyev Elhan Telman oğlunun texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi "BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının nəzdində investisiya layihələrinin dəstəyinə və xidmətinə sərf olunan xərclərə effektiv idarəetmə üsullarının və modellərinin işlənməsi" mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirilmişdir. Sonda dissertasiya işi müsbət qiymətləndirilib və növbəti mərhələyə buraxılması tövsiyə edilib.