Milli Məclisin deputatı, AMEA-nın professoru, siyasi elmlər doktoru Qənirə Paşayeva ilə AMEA Professorlarının Koordinasiya Şurasının elmi katibi İlqar Məmmədov arasında fikir mübadiləsi olmuşdur
16.09.2019 / Xəbərlər16 Sentyabr 2019-cu ildə AMEA-nın Rəyasət Heyətində Bilik günü ilə əlaqədar tədbirdə Milli Məclisin deputatı, AMEA-nın professoru, siyasi elmlər doktoru Qənirə Paşayeva ilə AMEA Professorlarının Koordinasiya Şurasının elmi katibi, AMEA-nın professoru,riyaziyyat elmləri doktoru İlqar Məmmədov və AMEA Professorlarının Koordinasiya Şurasının sədri, AMEA-nın professoru, riyaziyyat elmləri doktoru Rövşən Bəndəliyev AMEA professorlarının multidissiplinar fəaliyyət proqramına aid olan bəzi məsələləri nəzərdən keçirmişlər.
Qərara alınmışdır ki,yaxın müddətdə AMEA Professorlarının yeni seçilmiş üzvləri daxil olmaqla daha geniş tərkibdə AMEA Professorlarının Koordinasiya Şurasının növbəti iclası keçirilsin.